Onlayn ictimai-siyasi qəzet
Əslində, baş verənlər kifayət qədər narahatedicidir. Azərbaycanın Qarabağda ərazi bütövlüyünü təmin etməsi xristian təəssübkeşlərinin gizli masasında ciddi əks-reaksiya doğuracağı gözlənilən idi. Belə bir masa əlbəttə ki, var və orada verilən qərarlar spontan deyil, düşünülmüş plan üzrə aparılır.
Əlbəttə ki, bu masa çoxdandır ki, Azərbaycanla bağlı prosesi izləyir və Bakıya qarşı müəyyən qərarları ölçüb-biçir. Azərbaycan Qafqazda sıradan dövlət deyil və enerji siyasətində zamanında edilən şaxələndirmə xeyrimizə olan müəyyən lobbi qrupları da yaradıb ki, onlar bu cür qərar mərkəzlərinə nüfuz və təsir edə bilir.
Ermənistan və havadarları isə çoxdan idi ki, bu qüvvələri hədəf alır, onlara qarşı hətta şantaj siyasəti aparırdılar. İddia edirdilər ki, onlar Avropada Azərbaycanın enerji maraqlarını güdürlər, ermənilərin “hüquq və azadlıqlarını” bu maraqlara qurban verirlər. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borell, Amerika rəsmiləri, hətta Fransa prezidenti Makron belə Azərbaycana qarşı sanksiyaların tətbiqi, sərt xətt tərəfdarı deyildilər, bu kimi təklifləri hətta açıq şəkildə rədd edirdilər. Amma bir müddətdir ki, Azərbaycana qarşı “yeraltı masanın” Yer üstündəki təşkilatları - Avropa Birliyi, Avropa Şurası, Ağ Ev administrasiyası ardıcıl şəkildə anti-Azərbaycan moduna keçiblər, ən müxtəlif səviyyələrdə sanksiyaları gündəmə gətirir, Bakıya qarşı sərt addımlara tərəfdar kimi çıxış edirlər. Bu, dəyişim əlbəttə diqqət çəkir. Bəs, nə oldu ki, xristian təəssübkeşləri masası Azərbaycana qarşı hücumları sanksiyalaşdırdı, bizə dəstək verən müəyyən lobbi qrupları isə sanki loyallaşdırıldı?
Zənnimcə, buna səbəb ölkədəki müəyyən dairələrin doğru olmayan yönləndirməsidir. Bu qruplara “5-ci kolon” da demək olar, halbuki bu dünyada artıq köhnəlmiş termindir, çünki belə maraq qrupları heç bir ölkədə uğur qazana bilmirlər, tez də ifşa olunurlar. O səbəbdən Azərbaycanda “5-ci kolon”un varlığına şəxsən mənim şübhəm var. Amma sözügedən maraq qrupları ölkədəki müəyyən qərarların verilməsinə təsir edə bilirlər. Bəzi həbslər və bu sıraya son dövrlər şərti olaraq “Qərbin uşaqları” nın da əlavə olunması insan haqları kimi həssas mövzunu aktuallaşdırdı. Yəni Qarabağdan könüllü köçmüş ermənilərin, eləcə də separatçıların həbsinə görə “insan haqları” deyib bizə tutarlı arqumentlə irad tuta bilməyənlər, indi hesab edirlər ki, Azərbaycana cəza kəsə bilərlər, çünki ölkədə “insan haqları pozulur”. Düzdür, son olaraq həm Fransa Senatının qərarında, həm Borellin məlum son açıqlamasında bədnam “qarabağlı ermənilər” mövzusu gündəmə gətirilib. Amma əsas vurğu “insan haqları” üzərinə qoyulur. İnsan haqları təşkilatları da anti-Azərbaycan xoruna qoşulublar.
Bakıya qarşı qərəzli hücumların və sərt siyasətin başqa səbəbləri də var, bu barədə dəfələrlə yazmışıq. Azərbaycanın regionda tutduğu müstəqil mövqe Qərb dairələrini narahat edir, gizli masa toplantlarında bunlar da yəqin gündəmə gətirirlər ki, bu narahatlıqları da başadüşüləndir. Nəzərə almaq lazımdır ki, Qərbin Azərbaycandakı investiyası milyard dollarla ölçülür və onlar da hesab edirlər ki, “Bakıya dedikləri sözlər eşidilməlidir”. İndi baxıram ki, “Makron qələt edir”, “Avropa Şurasına borclu deyilik”, “Avropa Birliyi qərəzlidir” deyənlər çoxdur. Əlbəttə, bunları deməliyik də, ölkəmizi xarici hücumlardan müdafiə edəcəyik də. Amma bu prosesi 5-6 ekspert, jurnalist yazıları ilə durdurmaq asan olmaya bilər. AŞ PA da nümayəndə heyətimizə sanksiya tətbiqi digər mərkəzləri də həvəsləndirə bilər.
Prezident İlham Əliyevin diplomatik bacarıqları, balanslı siyasəti haqda çox yazılıb. Belə hücumlar da ilk dəfə deyil. Ümid yenə də Prezidentin du bacarığınadır.
Azərbaycanın güclənməsi onun düşmənlərindən, bədxahlarından çox dostlarının sayını artırmalıdır. Hamılıqla da buna çalışmalıyıq...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ