İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyanın yuxusu, Ani Badalyanın ifşası və hind raketləri...

Ermənistanda tam anarxiya vəziyyəti hökm sürür. Əslində təəccüblü də deyil. Nikol Paşinyanın özünün etiraf etdiyi kimi, kadastr sənədi olmayan olkədən başqa nə gözləmək olar ki? Kim yuxudan tez durursa, yaxud tribuna, mikrofon görürsə, sülh bəyanatı verir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan dünən Cenevrədə, Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı demişdi ki, Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənd üzrə tam razılığa gəlib. Sitat: “Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi, mən şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik. Xanımlar və cənablar, yaxşılar artıq yaxşıların düşməni olmamalıdır. Sülh bərqərar etməyin vaxtı gəldi. Sülh vaxtıdır”, - Simonyan bildirib.

alen.jpg (54 KB)

Birdən-birə nə baş verdi? Simonyana “vergi”mi verildi İsveçrədə?

Bu yerdə zəruri bir xatırlatma edək. Demək həmin bu Alen Simonyan 2023-cü ilin 12 martında Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında tribunaya qalxan kimi, mikrofon görən kimi, Azərbaycanın ünvanına şər-böhtanlar səsləndirmişdi. O zaman erməni spiker Azərbaycanı Ermənistana qarşı “təcavüz”də, Laçın “dəhliz”ini “bağlamaqda”, Qarabağdakı 120 min (?!-E.P.) ermənini blokada vəziyyətində saxlamaqda, “humanitar fəlakət” yaratmaqda ittiham edəndən sonra onun foto-videosunu çəkən bu sətirlərin müəllifinə qanlı-qanlı baxaraq zalı tərk etmişdi.

ASSAM.jpg (222 KB)

Çünki işini bilirdi, az sonra Milli Məclisin sədri Sahibə Qafarova daşdan keçən arqumentlərlə, tutarlı faktlarla bu yalançını “yaş yuyub, quru sərəcəkdi”. Elə də oldu, Milli Məclisin sədri çıxışını bitirənədək Simonyan iclas zalına girmədi, foyedə kofe içərək, vaxtını öldürdü. Sonrakı dönəmlərdə, keçirilən tədbirlər çərçivəsində Alen Simonyan xanım Qafarova ilə görüşərək, “konstruktiv” görünmək məcburiyyətində qalmışdı. Amma budəfəki tədbir istisna oldu. Yəni Ermənistan rəhbərliyinin qeyri-ciddi davranışları, şəxsən Paşinyanın bir neçə dəfə nümayişkaranə şəkildə dövlət başçımızla görüşdən qaçması bu ölkənin rəsmiləri ilə görüşləri də mənasız etdi. Bu mənada Azərbaycan parlamentinin sədri Simonyanla növbətçi görüşə niyə vaxt sərf etsin ki? O mənada tam doğru qərar verildi və Cenevrə görüşü baş tutmadı.

SİMONYAN SON.jpg (34 KB)

Absurd olan budur ki, az öncə Azərbaycanın parlament rəhbəri ilə görüşə nail ola bilməyən Alen Simonyan qızıl-qırmızıcasına iddia edib ki, Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənd üzrə tam razılığa gəlib. Ortada razılıq var idisə, onda Nikol Paşinyan nə danışır? Onda Ararat Mirzoyanın “kontor”u Azərbaycanı niyə ittiham edir?

Elə bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla müzakirə edilən sülh sazişində 13 maddənin razılaşdırıldığı, yalnız 3 maddə və preambulada ortaq məxrəcə gəlinmədiyini bildirmişdi. Bundan sonra Bakı və İrəvanın bir-birinə doğru addım atması barədə kimsəyə hansısa fakt məlum deyil. Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Sarkis Xandanyan isə Moskvada MDB Dövlət Başçıları Şurasının oktyabrın ilk günlərində keçirilən sammitində Nikol Paşinyanın Prezident İlham Əliyevlə qeyri-rəsmi görüşü zamanı razılaşdırılmayan maddələrə görə xarici işlər nazirləri səviyyəsində iki günlük müzakirələr keçirilməsini təklif etdiyini söyləmişdi. Yəni qalan 3 maddə üzrə razılaşma yoxdur ki, hansısa görüş zərurətindən danışılır.

Alen Simonyanın az qala “sülh müqaviləsini imzalamışıq” iddiasını irəli sürdüyü bir vaxtda onun yalanını Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ifşa edib. “Azatutyun”un sorğusuna cavabında Badalyan bildirib ki, İrəvan hələ avqustda sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycandan təqdim olunan təklifə cavab almayıb.

Əslində Azərbaycanın cavabı bəllidir, bunu ölkə XİN-i də, parlament sədri də, Prezident də son günlərdə dəfələrlə bəyan ediblər.

İLHAMİ SON.jpg (55 KB)

İstisna deyil ki, İrəvana da diplomatik kanallarla konkret cavab verilib. Bununla işimiz yox. Amma əgər Ani deyən kimi, Azərbaycan Ermənistana cavab verməyibsə, onda Simonyanın sülh yuxusu nədir belə?.. Erməni mediası yazır ki, iyunun 26-da Ermənistan tərəfi sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini aldığını elan edib. Əslində gerçək situasiya budur ki, Azərbaycanın təkliflərinə İrəvandan 70 gün sonra cavab verilmişdi. Ondan sonrakı ziddiyyətli münasibətlər də ortada. Yəni konkret heç nə yoxdur, nəinki razılaşma.

Nikol Paşinyan sülh müqaviləsi layihəsinin azı 80 faiz razılaşdırıldığını iddia edərək Bakıya “yarımçıq sülhü” imzalamaq təklifini etdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev bu təklifi qeyri-real adlandıraraq Ermənistan rəhbərliyinin yadına hətta keçmiş Minsk Qrupunun Madrid razılaşmasını saldı. Yəni ya bütün müddəalar razılaşdırılmalıdır, ya da yarımçıq sülh olmayacaq!

Beləcə, Ermənistan rəhbərliyindəki şəxslər qeyri-ciddi davranışlarını davam etdirirlər. Həm də beynəlxalq tədbirlərdə dondan-dona girərək, “baxın, görün biz necə sülhpərvərik” tövrünü nümayiş etdirirlər. İnananlar da olur, ermənilərin bu hiylələrindən öz məqsədləri üçün istifadə edənlər də...

Cenevrədə Simonyandan kimsə soruşmadı: sülh razılaşması varsa, Hindistandan ballistik raketlərin alışı nə üçündür, kino çəkəcəksiniz?!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024