İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam-Xankəndi yoluna “yox” deyən Araikin yas çadırı və ya 7 gündən sonra... 3-7 olmayacaq!

Qarabağdakı separatçılar hədlərini aşmaqda davam edirlər. Son aylaradək kürt düşmüş toyuq kimi rus hərbçilərin qanadının altına sığınan quldurlar o qədər əl-qol açıblar ki, gah əsgərlərimizə atəş açırlar, gah da yeni istehkamlar qurmağa cəhdlər göstərirlər.

Füzuli Beynəlxalq Hava Limanına uçan sərnişin təyyarəmizə müdaxilə etmək cəhdləri isə artıq terrorçuların növbəti bəşəri cinayətə törətmək cəhdlərinin nümunəsidir. Heç şübhəsiz, bu qələti erməni separatçı-terrorçu dəstələri özbaşına və tək eləməyiblər, “bədməramlı” kontingentin qatqısı olub ki, sui-qəsd və cinayət cəhdində. Elə quldurların revanşında da şimal qonşumuzun kifayət qədər payı var. Artıq Rusiyadakı ermənipərəst çevrələr açıq şəkildə hərəkətə keçiblər. O qədər həyasızlaşıblar ki, hətta Azərbaycan Milli Məclisinin deputatını səsləndirdiyi obyektiv fikirlərə görə ittiham edirlər. Görün erməni separatçı-terrorçu qruplaşmasına görə nələrə əl atırlar, nə qonşuluq bilirlər, nə müttəfiqlik, nə də Putinin Qarabağın dağlı-aranlı Azərbaycan ərazisi olduğu barədə bəyanatını saya salırlar.

Qarabağdakı bir ovuc erməninin guya “blokadada yaşaması” görüntüsünü yaradan həyasız hay quldurları artıq fərqinə varıblar ki, onlar elə özləri yaydıqları görüntülərlə özlərini ifşa edirlər neçə vaxtdır. Məhz bu səbəbdən artıq ziyafətlərdən, dəbdəbəli mərasimlərdən, əyləncələrdən bəhs edən kadrların yayılmasına qadağa qoymağa başlayıblar. Amma artıq gecdir. Hətta Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Xankəndidə kütləvi toplantılar, mitinqlər, guya kütləvi aclıq, soyqırım şüarları ilə uşaqlardan siyasi məqsədlər üçün istifadə olunmasını görürük. Ancaq Xankəndidəki dəbdəbəli ziyafətlərin görüntüləri sosial şəbəkələrdə yayılır. Bu cür hərəkətlər sırf siyasi məqsədlər üçün həyata keçirilir” - deyir. (News24.az) Korotçenko da Azərbaycan təyyarəsinə qarşı təhlükəli plana münasibət bildirib. Sitat: “Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin Füzuliyə uçan Azərbaycan mülki aviasiya təyyarələrinin bort sistemindəki radioelektron avadanlığına təsir göstərməsi ilə bağlı faktlar var. Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Bu, çox təhlükəlidir. Belə ki, təxribat mülki sərnişin təyyarələrinə münasibətdə həyata keçirilir. Bu, terror aktına cəhd kimi qiymətləndirilə bilər. Yəni separatçıların yerləşdiyi ərazidən onlar əslində mülki təyyarələri vurmağa çalışırlar. Buna hüquqi qiymət verilməlidir. Rəsmi Moskva, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Cənubi Qafqazda sülh və əmin-amanlıq istəyən bütün dövlətlər buna təcili sərt reaksiya göstərməlidir”.

liman.jpeg (99 KB)

Bəli, Qarabağdakı terrorçular təkcə Xankəndidə, Xocalıda çadırlar qurmaqla prosesləri 1988-89-cu illərə qaytarmaqla kifayətlənmirlər. Eyni zamanda Azərbaycanın mülki təyyarəsinə qarşı terror aktı həyata keçirməklə Şuşa üzərində vurulan, içərisində 50-dək vətəndaşımızın həlak olduğu helikopterimizi, yaxud elə 1991-ci ildə Qarakənd səmasında dövlət xadimlərimizin də qətlinə səbəb olan dəhşətli terror aktını xatırlatmaq istəyirlər. Məqsəd böyük qayıdışı əngəlləmək, insanlarımızın gözlərini qorxutmaq, Azərbaycanı çəkindirməkdir. Təbii ki, yenə də öz iradələri deyil, “ilana zəhər verən kərtənkələ”lər var.

Görün nə qədər qudurublar ki, Xankəndidə rus çadırı qurub, fasiləsiz aksiya keçirirlər. Hansı ki, 2020-ci ilin 10 noyabr bəyannaməsinin kobud şəkildə pozulmasına göz yumur Rusiya hərbi kontingenti. Ağdamdakı Rusiya-Türkiyə Birgə Müşahidə Mərkəzi də səssiz qalıb. Nəyi gözləyirlər, Azərbaycanın Xankəndidəki separatçıların başına “Bayrakdar” ələməsinimi? Baş terrorçu Araik Arutyunyan Putinə, Şar Mişelə məktub yazandan sonra çadırda gecələməyə başlayıb. Həmin çadırı elə Araikin yas çadırına çevirmək lazım gələcək. Çünki o, bu sonluğu haqq edib, o qədər azərbaycanlı körpələrin ömrünü yarıda qırıb, o qədər anaları gözüyaşlı qoyub ki... Arutyunyanı elə Xankəndi meydanındakı çadırda ayağından asmaq lazımdır, digərlərinə dərs olsun! Qudurğanlıq o həddə çatıb ki, Azərbaycanı hücuma keçəcəyi ilə təhdid edir, beynəlxalq təşkilatlara Azərbaycanı durdurmaq üçün bir həftə vaxt verir! Onu hürdürənlər həm də xaricdədir axı. Amma elə bir həftənin tamamımda Araikkimilər fəsiləsindən olan bütün terrorçuları cəhənnəmə yollamaq lazımdır. Təbii ki, müvafiq addımların atılması, prosedurların həyata keçirilməsinin ardınca. Sonra da girovluqdan azad olunmuş Qarabağ ermənilərinə xitab olunmalıdır ki, siz azadsınız, Azərbaycana 7 gün vaxt verən Araik, Ruben, Qurgen kimi canilər artıq gəbərdildi, “3-7” olmayacaq, seçim sizindir: burada yaşaya bilərsiniz, yox, getmək istəyirsinizsə, nəinki Laçın yolu, Xankəndi-Ağdam yolu da açıqdır!

xususi.jpg (79 KB)

Yeri gəlmişkən, separatçı-terrorçu dəstələrin qudurğanlığı o həddə çatıb ki, Azərbaycan dövlətinin təklif etdiyi Ağdam-Xankəndi yolundan humanitar məqsədlərlə istifadəyə də aqressiv şəkildə “yox” deyirlər. Diqqət edin, “Sosial şəbəkələrdə Qızıl Xaç Cəmiyyətinin əməkdaşlarının Rusiya sülhməramlılarının müşayiəti ilə Aknadan (Ağdam) Əsgəran şəhəri vasitəsilə humanitar yük daşıması ilə bağlı xəbərlər dezinformasiyadır”. Bu barədə sarsaq rejimin oyuncaq “daxili işlər nazirliyi” məlumat yayıb. Ardını oxuyun: “Feysbuk sosial şəbəkəsində daha bir dezinformasiya yayılır ki, guya Qırmızı Xaç Komitəsinin əməkdaşları Rusiya sülhməramlılarının müşayiəti ilə Aknadan (Ağdam) Əsgəran şəhəri vasitəsilə humanitar yük daşıyırlar. Daxili işlər nazirliyi əmin edir ki, Əsgəran şəhərinin polis-keçid məntəqəsindən Aknuya, o cümlədən humanitar yüklərdən başqa heç bir nəqliyyat vasitəsi keçməyib. Eyni zamanda, nazirlik vətəndaşları dəqiqləşdirilməmiş məlumatlara əhəmiyyət verməməyə, bölücü və böhtan xarakterli hərəkətlərdən çəkinməyə çağırır.

Bu keçid məntəqəsində Əsgəran polis şöbəsinin əməkdaşları gecə-gündüz növbətçilik edərək Əsgəran şəhəri və yaxın yaşayış məntəqələrinin keçidini daimi nəzarətdə saxlayırlar”.

42c7824a-323c-49c9-a80b-6382780e05a4.jpg (27 KB)

Həyasızlığın miqyasına baxın! Azərbaycan bütün bəhanələri kəsməkdən ötrü hətta Ağdamdan yüklərin daşınmasını təklif edir, üstəlik, ucuz, sərfəli. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Bakının bu təşəbbüsünə dəstək verdi Brüssel görüşündən sonra. Amma Araikkimilər fəsiləsinin başı əzilməli olan nümayəndələri deyirlər yox, bizə bu yol lazım deyil. Azərbaycan Ermənistan kimi yol bağlamır - Zəngəzurdan Naxçıvana aparan yol misalı - əksinə, Laçından alternativ yol çəkir, Ağdamdan Xankəndiyə yükdaşımalarının həyata keçirilməsini təklif edir. Amma ermənilər deyir yox, biz istəmirik! Bu, açıq şəkildə meydan oxumaqdır. Ağdam-Şuşa və Ağdərə-Kəlbəcər yolunu bağlayan separatçıların başı mütləq əzilməlidir, ayrı variant qalmadı! Üstəlik, separatçılar həm də Brüsselin təklifini ayaq altına atdılar. Görünür, Araik Mişelə yazdığı məktubdan çox şey gözləyirmiş, arzuları suya düşdüyü üçün çadıra çəkilib və Ağdam-Xankəndi yoluna qarşı çıxıb.

Hələ özləri də etiraf edirlər ki, “bundan əvvəl Azərbaycan Ağdamdan Xankəndiyə ərzaq çatdırmağı təklif etmişdi”.

Bunlara ərzaq-filan lazım deyil. Hər hansı ərzaq çətinlikləri də yoxdur, görmürsünüzmü, özünü “dövlət naziri” adlandıran Qurgen Nersesyan öküz kimi şişib...

nersisyan.jpeg (29 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024