İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski TƏCİLİ Xersonda! Zaporojyedə əks-hücum BAŞLADI, Luqansk VURULDU - yeni kadrlar CANLI-da

Rusiya mətbuatı Ukrayna ordusunun Zaporojye vilayəti istiqamətində əks-hücuma keçdiyini bildirir. Ukrayna Prezidenti Vladimir Zelenski Xerson regionuna gedib. "Bu gün Xersondayıq. Rusiyanın Kaxovka SES-də törətdiyi terror aktının nəticələrinin aradan qaldırılması ilə bağlı iclas keçirilib. İclasda insanların xilas edilməsi, ekosidlə mübarizə, çoxsaylı humanitar məsələlər müzakirə olunub.

Biz onların hamısına cavab verməliyik. Xalqımıza kömək edən hər kəsə minnətdaram! Dünyada rus işğalçılarının cinayətlərini pisləyən hər kəsə təşəkkür edirəm! Rusiya həyata və insanlara qarşı etdiyi hər şeyə görə cavab verməlidir", - Zelenski paylaşımında qeyd edib.
Rusiya tərəfindən işğal olunan Luqansk vilayətindəki Luqansk teplovoz zavodu raket hücumuna məruz qalıb. Sosial şəbəkələrdə video paylaşılıb. İddialara görə, zavaodun yerləşdiyi əraziyə 3 ədəd “Storm Shadow” raketi ilə zərbə endirilib. Qeyd edək ki, Luqansk teplovoz zavodu Luqanskın ən böyük sənaye müəssislərindən hesab olunur.

“NATO-nun Vilnüsdə keçirilən sammitində üzv dövlətlər, o cümlədən ABŞ Kiyevə ciddi təhlükəsizlik zəmanəti verməsə, bir qrup NATO ölkəsi Ukraynaya qoşun yeridə bilər”. NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

Rusiya və Ukrayna xalqları münaqişədə maraqlı deyil, ABŞ və İngiltərə bunda maraqlıdır. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, ABŞ və Böyük Britaniyanın Ukrayna münaqişəsində ölən insanlara heyfi gəlmir.
Patruşev onu da qeyd edib ki, Ukrayna rəhbərləri sülh müqaviləsi bağlamağa hazır olublar, lakin ABŞ-ın təzyiqinə görə bundan imtina ediblər. "ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir. ABŞ dünyaya hakim ola bilməyəcək", - Patruşev vurğulayıb.
Rusiya TŞ katibi KTMT Təhlükəsizlik Şurasının katiblərinin Minskdə keçirilən iclasda Lukaşenkodan regionda və dünyada vəziyyətlə bağlı faydalı məlumatlar aldığını da əlavə edib.

TVMusavat-ın saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə həmsöhbətdir.

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR