Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilib.
Musavat.com xəbər verir ki, təyyarə bu gün saat 20:30 radələrində Bakıya enib. Qətlə yetirilənlərin ailələri nəşi təhvil almaq üçün hava limanına gəlib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında OMON-çular Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı azərbaycanlı Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Əlavə edək ki, məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
Şahanə Rəhimli
Musavat.com
01 Iyul 2025
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ