İnsanlara hürriyət, millətlərə istiqlal!

Yekaterinburqda saxlanılan azərbaycanlının qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb

Əmim neçə gün polis nəzarəti altında qalıb, orda heç bir yardım etməyiblər.

Bu sözləri Yekaterinburqda Rusiya güc strukturları tərəfindən zorakılıqla saxlanılan azərbaycanlılarından biri olan Əziz Abbasovun qardaşı oğlu Emin Abbasov deyib.

E.Abbasov bildirib ki, əmisinin vəziyyəti yaxşı deyil: "Sadəcə öz hesabımıza ağrıkəsici vurulub. Ciyərlərinə su gəlib, qabırğaları sınıb".

Məlumat üçün bildirək ki, Abbasovlar ailəsi əslən Biləsuvarın Zəhmətabad kəndindəndir və 40 ilə yaxındır ki, Rusiyada yaşayırlar.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR