İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Ruslar Xersonu tərk etmirlər, bu, informasiya əməliyyatıdır”

Prezident Vladimir Zelenski rus qoşunlarının Xersonu tərk etməyə hazır olmadığını və onların guya geri çəkilməyə hazırlaşmalarının informasiya əməliyyatı olduğunu söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Zelenski İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində danışıb.

"Mən onların (rusların – red.) Xersondan qaçdığını görmürəm. Bu, informasiya siyasətidir. Mən hər şeyi açıqlaya bilmərəm. Onlar bizim plan qurmadan daxil olmağımızı istəyirlər”, - deyə o, bildirib.

Jurnalistin rusların mülki əhalini Xerson vilayətindən çıxarması ilə bağlı arqumentinə cavab olaraq Zelenski "Çox deyil. Bu, teatrdır. Onların ən təlim keçmiş əsgərləri öz yerlərindədir, heç kim getməyib” cümləsini işlədib.

Dövlət başçısının sözlərinə görə, ruslar Ukrayna ordusunun Xersonda uğur qazanması halında, mühasirədən çıxa bilməyəcəklərini gözəl bilirlər.

"Onlar bu problemdən və təhlükəli vəziyyətdən xəbərdardırlar. Amma biz də bunun üzərində işləyirik", - deyə o qeyd edib.

Ukraynanın Xersonu azad edib-edə bilməcəyi barədə suala Zelenski "Əlbəttə bilər. Bu, çətindir, çünki biz Rusiyadan fərqli olaraq insan həyatına dəyər veririk. Rusiya üçün sabah nə qədər insanın ölməsinin heç bir əhəmiyyəti yoxdur. "Ora get və öl" deyə bilmərik. Ona görə də düşünürük, yollar axtarırıq, tərəfdaşlardan xahiş edirik ki, bizə daha çox zirehli texnika versinlər”, cavabını verib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR