Onlayn ictimai-siyasi qəzet
Bu il iqtisadiyyat üzrə Nobel mükafatını Daron Acemoğlu, Ceyms Robinson və Saymon Conson alıb.
Musavat.com xəbər verir ki, onlar ölkələrin necə və nə üçün zənginləşib inkişaf etməsi, tərəqqi və texnologiyanın bəzi yerlərdə xalqların çiçəklənməsinə, digər yerlərdə isə məhvə aparması ilə bağlı əsərləriylə məşhurdurlar.
“Onlar bir ölkənin çiçəklənməsi üçün cəmiyyət institutlarının nə qədər vacib olduğunu göstərdilər. Qanunun aliliyinin inkişaf etmədiyi, hakimiyyətin əhalini istismar etdiyi cəmiyyətlər inkişaf etmir və müsbətə doğru dəyişmir. Laureatların araşdırması bunun səbəbini anlamağa kömək edir”, - İsveç Elmlər Akademiyası qeyd edib.
İqtisadi mükafat ənənəvi olaraq oktyabrın əvvəlində baş tutan Nobel həftəsinə yekun vurur. O, yalnız İsveç Mərkəzi Bankının 1968-ci ildə Nobel Fonduna 300 illik yubileyi şərəfinə külli miqdarda pul bağışlamasından sonra ortaya çıxıb.
Beləliklə, o, texniki cəhətdən Nobel mükafatı deyil, lakin eyni mərasimdə və eyni komitə tərəfindən verilir. Buraya təxminən 1 milyon dollar pul mükafatı və xüsusi hazırlanmış qızıl medal daxildir. Qalib İsveç Elmlər Akademiyası tərəfindən seçilir.
Qeyd edək ki, Daron Acemoğlu Orhan Pamuk və Aziz Sancardan sonra Nobelin sahibi olan 3-cü Türkiyə vətəndaşıdır. O, Galatasaray liseyi məzunudur və A.Sancarla bərabər GS klubunun üzvüdür.
D.Acemoğlu Turqut Özal hökumətində nazir omuş İsmail Özdağların qızı Asuman Özdağlar ilə evlidir. Hər ikisi Massaçusets Texnoloji İnstitutunun (MIT) professorudur. Arda və Aras adlı iki oğulları var.
Acemoğlu dəyərli əsərlərin müəllifi və həmmüəllifidir, onları oxuyarkən.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ