İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçı Nobel mükafatına ETİRAZ ETDİ

“Yenicə elan edilən 2024 iqtisadiyyat üzrə Nobel mükafatı da siyasiləşmiş motiv aldı. Mənə görə, iqtisadiyyat üzrə Nobelə namizəd olanlar arasından mükafata ən layiq yaponiyalı Nobuhiro Kiyotaki və britaniyalı Con H. Mur idi. Onlar kiçik şokların iqtisadi dövrlərə necə təsir edə biləcəyinə dair ciddi iş ortaya qoymuşdular. Lakin mükafatı qazananlar (D. Acemoğlu, S. Conson və J. A. Robinson) ölkələrin sosial-iqtisadi həyatında (prosperity) olan fərqin səbəbi kimi cəmiyyət institutları və rifah arasında əlaqəni göstəriblər”.

Bu barədə Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.

ELDENİZ YENİ.jpeg (56 KB)

“Mən inkar etmirəm ki, ölkələrin firavanlıq, sosial həyat və ümumiyyətlə yaşam göstəriciləri ilə cəmiyyət institutları arasında bağlılıq yoxdur. Əlbəttə, mövcuddur. Amma bu əlaqə dünyanın hazırkı mərhələsində iqtisadiyyat üzrə Nobel mükafatının predmeti olmamalı idi. Çünki ortada iqtisadi resurslar uğrunda dünyada gedən müharibələr və bu müharibələrin qazandırdığı fantastik iqtisadi faydalılıq predmeti, müharibələrin artması ilə yaranan şoklar, iqtisadi təhdidlər, silah biznesinin qlobal ÜDM-də artan çəkisi, elan edilməyən 3-cü Dünya müharibəsi şəraitində iqtisadi təhdidlər və onların yaratdığı şoklar var.

Bütün bunlar var ikən kiçik şokların iqtisadi dövrlərə təsiri kimi dövrün ən vacib tədqiqatını kənara qoyub, Nobel mükafatının cəmiyyət institutlarına hədəflənməsini Qərbin dırnaqarası “demokratiya” strategiyasının növbəti təzahürü kimi qiymətləndirirəm. Dərd burasındadır ki, 2023-cü ildə də Nobel mükafatının predmeti olaraq kökdə duran əsas problem sırf iqtisadi deyildi. Artıq bu, bir tendensiya halını alıb”, - deyə iqtisadçı qeyd edib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR