İnsanlara hürriyət, millətlərə istiqlal!

Görün Azərbaycanda yol çəkilməsindən hansı şirkətlər nə qədər pul qazanır

Son dövrlərdə Azərbaycanda yolların təmiri və infrastrukturun yaxşılaşdırılması ilə bağlı bir çox layihələr həyata keçirilir. Bu layihələrdə ən çox fəallıq göstərən şirkətlər yol təmir tenderlərini udaraq iri məbləğlərdə müqavilələr bağlayıblar.

Musavat.com fed.az-a istinadla xəbər verir ki, 2024-cü il ərzində yolların təmiri ilə bağlı ümumi dəyəri 44 950 563 AZN olan 33 tenderə yekun vurulub.

Tenderlərdə uğur qazanan şirkətlər arasında “Koneks Construction” MMC xüsusi olaraq diqqət çəkir. Bu şirkət ümumilikdə 9 tender udub və təmir işləri üzrə cəmi 4 210 074 AZN dəyərində müqavilələr bağlayıb. Şirkət Yasamal, Nərimanov, Tərtər, Suraxanı, Füzuli və digər rayonlarda yol təmiri işləri ilə məşğul olub. Tenderlərin əhatə etdiyi layihələr əsasən yollarda yenidənqurma və asfalt örtüyünün təmiri işlərini əhatə edir.

Digər önəmli iştirakçılardan biri olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 6 tender qazanaraq 2 018 221 AZN dəyərində sifariş əldə edib və ən çox tender udan ikinci şirkət olub. Şirkət əsasən Cəlilabad, Astara, Lerik kimi rayonlarda yolların əsaslı təmiri işlərini həyata keçirib.

Bundan əlavə “İS.M.M.” MMC şirkəti 3 tenderdə qalib seçilib və siyahıda üçüncü sırada qərarlaşıb. Şirkət ümumilikdə 1 830 608 AZN dəyərində layihələr icra edib. Şirkət əsasən Salyan, Gədəbəy və Şabran rayonlarında yolların təmiri ilə məşğul olub.

Digər ən çox tender uda şirkətlərdən olan "Aztimont" ASC və "Eracon" MMC hər biri 2 tenderin qalibi olub. Uyğun olaraq "Aztimont" ASC-nin əldə etdiyi gəlir 23 402 784 AZN, "Eracon" MMC-nin əldə etdiyi gəlir isə 20 600 AZN dəyərindədir.

Daha detallı aşağıdakı cədvəldə :

Satınalan təşkilatın adı

Satınalma predmeti

Qalib şirkət

Məbləğ

Tarix

1

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Yollarda aparılacaq təmir işlərinin satın alınması

"Koneks Construction" MMC

595 381 AZN

07.10.2024 18:03

2

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi

Yollarda aparılacaq təmir işlərinin satın alınması

"Koneks Construction" MMC

445 774 AZN

03.10.2024 16:27

3

Tərtər Rayon İcra Hakimiyyəti

Yollarda aparılacaq təmir işlərinin satın alınması

"Koneks Construction" MMC

430 108 AZN

24.09.2024 16:55

4

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Yollarda aparılacaq təmir işlərinin satın alınması

"Koneks Construction" MMC

346 956 AZN

17.09.2024 15:43

5

Füzuli Rayonu İcra Hakimiyyəti

Yollarda aparılacaq təmir işlərinin satın alınması

"Koneks Construction" MMC

406 974 AZN

16.09.2024 23:10

6

Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi

Məhəllədaxili yollarda aparılacaq təmir işlərin satınalınması

"Koneks Construction" MMC

346 821 AZN

16.09.2024 19:48

7

Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB

Yollarda aparılacaq təmir işlərinin satın alınması

"Koneks Construction" MMC

596 189 AZN

30.08.2024 15:51

8

Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi

Məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satın alınması

"Koneks Construction" MMC

595 590 AZN

29.08.2024 16:42

9

Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi

Məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satınalınması

"Koneks Construction" MMC

446 281 AZN

26.08.2024 18:24

Cəmi : 4 210 074 AZN

 

1

Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Göytəpə Şəhər Ərazi Nümayəndəliyi

Göytəpə şəhərində yolların əsaslı təmiri

"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti

110 507 AZN

19.09.2024 17:48

2

Astara Rayon İcra Hakimiyyəti

Astara rayonunda yolların əsaslı təmiri

"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti

517 484 AZN

09.09.2024 10:43

3

Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyi

Cəlilabad şəhərində yolların əsaslı təmiri

"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti

419 675 AZN

09.09.2024 10:42

4

Astara Rayon İcra Hakimiyyəti

Astara Rayon İcra Hakimiyyətinin büdcədənkənar xüsusi vəsait smetasında yolların əsaslı təmiri

"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti

186 106 AZN

06.09.2024 20:46

5

Lerik Rayon İcra Hakimiyyəti

Lerik rayonunun daxili avtomobil yollarının əsaslı təmir işləri

"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti

608 159 AZN

05.09.2024 09:42

6

Cəlilabad Rayon İcra Hakimiyyəti

Cəlilabad və Göytəpə şəhərlərində yolların əsaslı təmiri

"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti

176 290 AZN

04.09.2024 09:54

Cəmi : 2 018 221 AZN

 

1

Salyan Rayon İcra Hakimiyyəti

Yolların əsaslı təmiri işlərinin görülməsi

"İS.M.M." MMC

766 767 AZN

08.10.2024 17:01

2

Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhəri Üzrə Nümayəndəsi

Şabran şəhəri ərazisində yolların əsaslı təmiri işləri

"İS.M.M." MMC

350 385 AZN

09.09.2024 18:17

3

Gədəbəy Rayon İcra Hakimiyyəti

Gədəbəy şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması

"İS.M.M." MMC

713 456 AZN

13.06.2024 22:26

Cəmi : 1 830 608 AZN

 

1

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti PHŞ

Ağdam rayonu, Sarıcalı kəndində məhəllə daxili yolların və səkilərin tikintisi işlərinin satın alınması

"Aztimont" ASC

11 527 143 AZN

10.06.2024 10:00

2

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti PHŞ

Ağdam rayonu, Kəngərli kəndində məhəllə daxili yolların və səkilərin tikintisi işlərinin satın alınması

"Aztimont" ASC

11 875 641 AZN

07.06.2024 18:37

Cəmi : 23 402 784 AZN

 

1

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı

Qusar şəhər yollarının əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması

"Eracon" MMC

11 900 AZN

05.09.2024 09:51

2

Xızı Rayonu İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi

Xızı şəhər yollarının əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması

"Eracon" MMC

8 700 AZN

13.07.2024 11:26

Cəmi : 20 600 AZN

 

1

"MİDA" MMC

Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma və ərazinin yaşıllaşdırılması işlərinin satınalınması

"Enerji Qrup" MMC

4 465 812 AZN

12.02.2024 16:23

2

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC

Bakı Şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması

"Xezer-Construction" MMC

2 540 615 AZN

04.07.2024 12:28

3

"MİDA" MMC

Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində baş plan üzrə yollar, səkilər, abadlıq və ərazinin yaşıllaşdırılması işlərinin satınalınması

"Ricon" MMC

1 995 005 AZN

12.02.2024 11:38

4

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri Üzrə Nümayəndəliyi

Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması

"Proqress İnşaat En" MMC

1 478 635 AZN

03.10.2024 15:08

5

Qaçqinlarin və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti

Bakı şəhəri, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin,mənzilin,dam örtüklərinin və qəsəbə daxili qum-çınqıl yolların təmiri işləri.

"Hadi İnşaat" MMC

1 289 388 AZN

15.01.2024 10:09

6

Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhəri Üzrə Nümayəndəliyi

Göygöl şəhərində yolların əsaslı təmiri

"Göygöl Tikinti" MMC

849 959 AZN

17.09.2024 11:31

7

Zərdab Rayon İHB-nın Zərdab Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi

Zərdab şəhəri ərazisində yolların əsaslı təmiri işlərinin satın alınması

“Aqroyol-İnşaat”

MMC

545 600 AZN

26.09.2024 18:37

8

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon ərazisində yolların əsaslı təmiri işləri

"Dream Construction Company" MMC

269 711 AZN

10.10.2024 14:20

9

Şəmkir Rayon İcra Hakimiyyəti

Şəmkir rayonunda avtomobil yollarının təmiri işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması

"Global Engineering Management Company" MMC

17 464 AZN

24.04.2024 12:45

10

Qazax Rayonu İcra Hakimiyyəti

Qazax rayonunda yolların əsaslı təmiri işlərinə dair layihə smeta sənədlərinin hazırlanması

"Az.Arxitektura" MMC

11 983 AZN

03.07.2024 09:26

11

Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi

Şirvan şəhərində Yolların əsaslı təmiri işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması

"Creat Company" MMC

5 104 AZN

01.07.2024 11:36

Cəmi : 13 468 276 AZN

Yekun : 44 950 563 AZN

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR