İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərqanədən keçmiş əri ilə bağlı suala reaksiya

“Bu gün əgər ismətimi, adımı, qadın obrazımı sənətdə, ailədə saxlamışamsa, özümə görə saxlamışam. Çünki onu başqasına görə saxlasaydım, xalqın bəzi sözləri mənə pis təsir edərdi. Şərhləri oxuyuram. Bilib-bilmədikləri şeyləri yazmaq və ya fikir bildirmək bir insanın haqqına girməkdir. 20 ildir həyatını qoruyub saxlamış, 4 övladı ilə nələrdən keşmiş qadının yaşadıqlarını bilmədikləri halda ünvanına istədikləri anda nəsə yazmaq onun haqqına girməkdir. Haqqımı heç vaxt o insanlara halal etmirəm. Günaha girməsinlər”.

Bu sözləri Əməkdar artist Fərqanə Qasımova qonaq olduğu “Həftənin qonağı” verilişdə deyib.

Proqramın aparıcısı Ülvira Qarayevanın “Uşaqlarınız atası ilə ünsiyyət saxlayırlar” sualına sənətçi belə cavab verib:

“Əlbəttə onlara maraqlıdır, görəsən Fərqanənin övladlarının ataları ilə əlaqəsi var? Ata tərəf necədir? Fərqanə otursun burada qəşəng qeybət qırsın ki, baxımlı veriliş olsun. Keçdiyim ömür xəzinəmi, ömür səhifələrini burada bir anda açmaqla özümə hörmətsizlik etmiş olaram. Çünki həyatımı incə-incə, yüz ölçüb bir baxmışam. Buna görə də, onları asan şəkildə kiməsə izah etmək istəmərəm”.

Qeyd edək ki, bir neçə il bundan əvvəl F.Qasımova həyat yoldaşı Elnur Mövlamovdan rəsmi şəkildə olmasa da ayrılıb. Cütlüyün 4 övladı var. Elnur qayınatası Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurlayıb. O, həbs edilərək 8 il azadlıqdan məhrum edilib./OLAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR