İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərhum bəstəkarın xanımından ETİRAZ: Gənc xanəndə məşhur mahnıya dəyişiklik edib?

Gənc müğənni, xanəndə Rəvanə Əmiraslanlı tanınmış bəstəkar Tahir Əkbərin "Dərdin alım" mahnısına əlavələr edərək ifa edib.

Musavat.com xəbər verir ki, bu haqda Moderator.az-a mərhum bəstəkarın xanımı Aybəniz Əkbərova bildirib.

O iddia edib ki, müğənni mahnını icazəsiz oxuyub.

"Tahir Əkbərin nə tərifə, nə təbliğata, nə də reklama ehtiyacı var. O öz adını musiqi tariximizə qızıl hərflərlə yazdırıb. Əsərləri göz qabağındadır. Onun mahnılarını icazəsiz oxuyanların sayı az deyil. Bir də görürsən ki, mahnını elə hala qoyurlar ki... Sonda başa düşürsən ki, bu, Tahirin mahnısıdır. Özlərindən nəsə icad edirlər. Tahir professional bəstəkar olub. Tahir Əkbər muğamlarımızı, klassik musiqilərimizi bilirdi.

Bu paylaşımı dünən gördüm, təsadüfən qarşıma çıxdı. Adını da bilmirdim, sonradan dedilər ki, Rəvanə Əmiraslanlıdır. "Dərdin alım" illərin mahnısıdır. Bunu hər kəs əzbər bilir. Hətta gənclərimiz də. Mən anlamıram, bu rəqsi Tahir Əkbərin mahnısının içinə salıb nə demək istəyirlər?! Belə çıxır ki, Tahir Əkbər mahnını düzgün bəstələməyib, bunlar yenidən bəstələyirlər? Kimdir onlara bu ixtiyarı verən?! Birincisi, icazəsiz oxuyursan, problem yoxdur, oxu! Amma Tahir Əkbərin mahnısına əlavə rəqs salmağa ehtiyac yoxdur. "Dərdin alım" onsuz da rəqsdir.

Deyirlər ki, Rəvanə xanım teatrda "Leyli"ni oynayır. Yaxşı, aranjimançı bunu edib, ali savadlı Rəvanə xanım niyə mahnını belə oxuyur? Tahir Əkbərin əsərlərinin varisi bizik, bu cür əlavələrin olunmasına qətiyyən etiraz edirəm. Ümumiyyətlə bəstəkar mahnısına toxunmaq olmaz. Mahnı yazmaq istəyirsinizsə, gedib yazın, içinə də 10 dənə rəqs əlavə edin. Tahir Əkbər zəif bəstəkar deyil ki, onun əsərinə nəsə əlavə olunsun. Zamanında məsləhət bilsəydi, özü rəqs salardı. Bir-iki əsərdə kollaj kimi rəqsdən istifadə edib. Arzu Əliyevanın "O günlərə qayıdaram" və Gülyanaq Məmmədovanın "Məndən sənə yar olmaz" mahnılarında rəqsdən kollaj kimi istifadə edib və keçid verib. Mahnıları aranjiman etmək olar, müasirləşdirmək olar. O, özü də inqilabçı bəstəkar idi. Mən etiraz edirəm, həmin aranjimançı, yaxud da Rəvanə Əmiraslanlı çıxıb buna aydınlıq gətirsin ki, niyə belə etmişik?! Səbəbini desinlər!" - deyə bəstəkarın xanımı bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR