İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda restoranda biabırçı səhv - FOTO

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə yol açıb.

Milli.Az bildirir ki, Bakıdakı restoranlardan birində çəkilən görüntülərdə "Ş" hərfi əvəzinə "W"nun yazılması olub.

Belə ki, xanəndə Nigar Şabanova səhnədə ifa edən zaman onun adı arxadakı monitorda "Nigar Wabanova" kimi qeyd edilib.

Qeyd edək ki, bəzən sosial şəbəkələrdə "Ş" hərfinin "W" ( dablyu ) ilə əvəzlənməsinə rast gəlmək mümkündür. Lakin, bu sensor telefonlar ixtira olunmazdan əvvəl düyməli telefonlarla "ş" hərfi olmadığı üçün rahatlıq məqsədi ilə "w"-dan istifadə ilə başlayan ənənədir. Görünür, çoxları "W"-nun hansı hərfi bildirdiyini hələ də bilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR