İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ƏMR verdi: rus ordusu Sucaya yaxınlaşır, briqadalar hücumdadır - CANLI

Rusiya ordusu Kursk vilayətində əks-hücum zamanı Suca ətrafına yaxınlaşıb. Rusiya Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hücum qüvvələri şəhərin cənub-şərqindəki “Lotus” yanacaqdoldurma ərazisində möhkəmləniblər.

Bundan başqa, rus ordusu Suca-Belaya magistralını nəzarətə götürüb, Sucadan 7 km şərqdə yerləşən Martınovka kəndinə hücum başlayıb. Orada 810-cu dəniz piyadaları briqadası və “Əhməd” xüsusi təyinatlıları döyüşür.

Bu əraziyə nəzarət Rusiya ordusuna Suca yaxınlığındakı yüksəklikləri ələ keçirməyə imkan verəcək”, - məlumatda qeyd olunub.

Qeyd edilib ki, şimal-qərb istiqamətindən Sucaya 155 və 106-cı briqadaların hücumu davam edir. O ərazidə Lyubimovka kəndinin bir hissəsinə ruslar nəzarət edir.

Rusiya Teleqram kanalları yazır ki, son 5 gün ərzində Rusiya ordusu Kursk vilayətinin 11 yaşayış məntəqəsini azad edib.
TVMusavat-ın bu gün canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı siyasi ekspert Elçin Xalidbəylidir.

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR