İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Norveç Ukraynaya qaz alışı üçün 150 milyon dollar ayırıb”

Ukrayna prezidenti Volodimir Zelenski Norveçin Ukraynaya qaz alışı üçün 150 milyon dollar ayırmasını alqışlayıb.

Musavat.com xəbər verir ki, Zelenski Norveç baş naziri Jonas Garo Stere ilə keçirdiyi görüşdə bu yardımı müzakirə edərək, Rusiya hücumlarının nəticələri barədə məlumat verib və Norveçə həmrəyliyi və mərhəməti üçün təşəkkürünü bildirib.

Zelenski əlavə edib ki, görüşdə Ukraynanın hava hücumlarından müdafiə sistemlərinə, raketlərə və digər lazımi vasitələrə olan tələbləri müzakirə edilib, həmçinin qış dövründə ölkənin təhlükəsizliyini gücləndirmək üçün hansı addımların atılacağı da danışılıb.

Prezident, həmçinin, müdafiə əməkdaşlığını və PURL təşəbbüsünün genişləndirilməsini müzakirə edərək, dron və raket istehsalı sahəsində əməkdaşlıq barədə razılaşmaların əldə olunduğunu bildirib.

Avropada bu həftə keçiriləcək görüşlər və mövqelər haqqında da razılıqlar əldə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR