Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna mediasını Tigran Keosayanın sağlamlıq vəziyyətinə dair xəbərləri manipulyasiya etməkdə ittiham edib.
Musavat.com xəbər verir ki, Zaxarova özünün Telegram kanalında Ukrayna mediasını sərt tənqid edərək bunları yazıb:
“Banderçi medianın nümayəndələri artıq beş gündür Tigran Keosayanın komaya düşməsi xəbərini təkrar-təkrar çeynəyir, boğulur, qusur və yenə də çeynəyirlər. Bu mənəvi dəyərdən məhrum olan informasiya çirkabı sanki komanda verilmiş kimi, "karma" sözünü təkrarlamağa başlayıb".
Onun bu bəyanatı, Keosayanın səhhəti ilə bağlı Ukrayna mediasında yayılan xəbərlərə emosional reaksiya kimi qəbul edilir.
Tigran Keosayan Rusiya mediasının tanınmış siması və Kremlin siyasətini dəstəkləyən jurnalistlərdən biridir. Onun səhhətindəki problemlər mediada geniş müzakirə mövzusuna çevrilib. Bu, Ukrayna və Rusiya arasında davam edən informasiya müharibəsinin bir hissəsi olaraq qiymətləndirilir.
Musavat.com
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ