Onlayn ictimai-siyasi qəzet
“Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” bəyanat layihəsinin razılaşdırılmasında fəal iştirak edib, lakin sonradan onu imzalamaqdan imtina edib”.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Ermənistan bəyanat layihəsinin ekspert təsdiqində fəal iştirak edib, bir çox təkliflər Xarici İşlər Nazirləri Şurasında nəzərə alınıb. Lakin niyə imzalamadığını Ararat Mirzoyanın özündən soruşun”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, MDB ölkələrinin Xarici İşlər Nazirliklərinin rəhbərləri Moskvada keçirilən iclasda beynəlxalq hüquq sisteminin qorunub saxlanmasının vacibliyini vurğulayaraq Avrasiya məkanında təhlükəsizlik sahəsində əməkdaşlıq prinsipləri haqqında bəyanat qəbul ediblər.
Sənəddə həmçinin təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyət arxitekturasının çoxqütblü reallıqlara uyğunlaşdırılmasının zəruriliyindən bəhs edilir. MDB ölkələri Avrasiyada bərabər və bölünməz təhlükəsizlik sisteminin qurulmasına, habelə hərbi-siyasi vəziyyətin uzunmüddətli sabitləşməsinə və yeni regional münaqişələrin qarşısının alınmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ