İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ölkəsində saxlanıldı, Bakıya gətirilir

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Salmanov Elşən Vahid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Albaniya Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Elşən Salmanovun təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

O, 2024-cü ilin oktyabr ayında Albaniyanın Rinas şəhərində müəyyən edilərək həbs edilib.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR