Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin Moskva ilə enerji əməkdaşlığının kəsilməsi ilə bağlı sözləri Avropa İttifaqının (Aİ) bundan sonra da ABŞ-ın maraqlarını rəhbər tutmaq niyyətində olduğunu göstərir.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova departamentin rəsmi saytında məlumat verib.
“Fon der Leyenin Rusiya enerji resurslarının Avropa İttifaqına idxalına qarşı “xaç yürüşü”nü davam etdirmək vəzifəsini canfəşanlıqla götürməsi göstərir ki, AK-nin yenilənmiş tərkibi bundan sonra da ilk növbədə ABŞ-nin maraqlarını rəhbər tutmaq niyyətindədir", -deyə diplomat qeyd edib.
Zaxarovanın sözlərinə görə, Avropa Komissiyasının enerji sektorunda Aİ-yə üzv dövlətlərə “tətbiq etdiyi” siyasətinin əsas istiqamətləri Rusiyanı cilovlamaq və “xarici kuklaların siyasi sifarişini yerinə yetirməkdir”.
Avqustun 30-da fon der Leyen Globsec təhlükəsizlik konfransında Rusiya ilə enerji sektorunda əməkdaşlığı kəsməyin Avropa İttifaqı üçün “faydaları” haqqında danışıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ