İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulin Ermənistana silah verilmədiyini söyləyib: “Ukraynaya görə təxirə salınıb”


Ermənistanın baş naziri Nikol Paşinyanın “Rusiyanın pul ödənildiyi halda Ermənistana silah vermədiyini” söyləməsi üçün əsasları var.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qovorit Moskva” radiostansiyasının efirində danışıb.

“Əslində, bu, o qədər də sadə deyil. Demək ki, bunun üçün səbəb yaratmışıq... Bəli, bizdən silah alıblar. Ukraynada “xüsusi əməliyyat” (Rusiyada Ukraynaya qarşı aparıla işğalçı və təcavüzkar müharibəyə qoyulan ad-red.) keçirildiyi üçün silahların çatdırılmasını gecikdiririk. Onlar bundan istifadə edib başqalarına müraciət ediblər”,-deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan Respublikası xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistanın Rusiyadan silah sifariş etdiyini və pulunu ödədiyi halda silahları almadığını demişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR