İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zara” Rusiyadakı mağazalarını satır

İspaniyanın “Inditex” qrupu (“Zara”, “Massimo Dutti”, “Pull & Bear”, “Oysho”, “Bershka”, “Stradivarius” brendlərinin sahibi) Rusiyadakı hazır geyim mağazalarını Livanın “Azadea” qrupuna satmaq imkanını müzakirə edir.

Məlumata görə, “Azadea”nın artıq Əlcəzair, Bəhreyn, Oman və Qətər kimi ölkələrdə “Inditex” franşizası var. Livan qrupu Rusiyada İspan mağazalar şəbəkəsinin alınması məsələsini öyrənmək üçün komanda yığmağa başlayıb.

Bildirilib ki, “Inditex” 31 yanvar 2023-cü ilə qədər Rusiyada mövcudluğu ilə bağlı qərar verməlidir.

İspan şirkətinin mətbuat xidməti Rusiyadakı biznesi ilə bağlı maraqlı tərəflərlə danışıqlar faktını təsdiqləyib.

Qeyd edək ki, “Inditex” ispaniyalı Amansio Orteqa tərəfindən yaradılıb və 100-ə yaxın ölkədə 7 mindən çox mağazası var. Şirkət hələ mart ayında Rusiya ərazisində fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib. (oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR