Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə Albaniya çempionatında 4-cü turun oyunları keçirilir.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da növbəti matçına çıxıb.
Komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub. Zamiq də bu oyunda iştirak edib. O, 90 dəqiqə meydanda olub.
“Eqnatiya” 4 turdan sonra 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 7 oyuna çıxıb. (fanat.az)
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ