Onlayn ictimai-siyasi qəzet
Zahidanda İranın rejim qüvvələri tərəfindən iki etnik bəluc zorakılıqla həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, repressiv qüvvələr Camcam küçəsində bir evə basqın edərək, qayınata və onun kürəkənini ailəsinin gözü qarşısında təhqir ediblər, silahın qundağı ilə döyüblər və həbs ediblər.
Zorakılıqla həbs olunanların 22 yaşlı Fərşid Həsən Zəyi və 35 yaşlı Həmzə Rigi olduğu müəyyən edilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ