Onlayn ictimai-siyasi qəzet
Bir zamanlar məşhur müğənni Serdar Ortaç ilə yaşadığı münasibətlə gündəmə gələn sənətçi Seçil Gür bu dəfə sağlamlıq problemi ilə sevərlərini kədərləndirib.
Musavat.com xəbər verir ki, müğənni yumurtalıq xərçəngi səbəbilə əməliyyat olunduğunu bildirib.
“Instagram” hesabından etdiyi paylaşımda Seçil Gür sağlamlıq problemlərini ilk dəfə açıq şəkildə dilə gətirib:
“Yumurtalığım götürüldü. Çətin günləri geridə qoydum. 1 ayda 9 kilo arıqlamışam”.
Onun əməliyyatdan sonra qarın bölgəsində qalan çapıq da izləyicilərinin diqqətindən yayınmayıb.
Keçirdiyi xəstəlik və əməliyyata baxmayaraq, pozitivliyini qoruyan Seçil Gür başqa bir paylaşımında isə “7 kilo üzümdən getmiş ola bilərmi?” deyərək izləyicilərini güldürməyi bacarıb.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ