İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Trampın səlahiyyətlərinin məhdudlaşdırılması tələb olunur: “İran hücum etməyə hazırlaşmırdı”


ABŞ Senatının demokrat üzvü Kris Mörfi Prezident Donald Trampın Yaxın Şərqdə ölkəni müharibəyə sürükləməsinin qarşısını almaq üçün Konqresi təcili hərəkətə keçməyə çağırıb.

Musavat.com xəbər verir ki, Senator Konqresin Trampın bu istiqamətdəki səlahiyyətlərini qanunla məhdudlaşdırmasını tələb edir.

Senatorun sözlərinə görə, kəşfiyyat məlumatları İrandan ABŞ-a qarşı hərbi hücum təhlükəsinin olmadığını göstərib. Eyni zamanda Tehranla aparılan diplomatik danışıqların müsbət nəticələnmək ehtimalı vardı, lakin bu proseslər aqressiv siyasət fonunda pozulub.

“Tramp administrasiyası reallığa əsaslanmayan qərarlar verir və bizi hesabat vermədiyi müharibəyə sürükləyir. Konqres bu səlahiyyətsiz müdaxilənin qarşısını almaq üçün dərhal səsvermə keçirməlidir,” – deyə Mörfi bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR