Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Birləşmiş Ştatların İrana qarşı həyata keçirdiyi hərbi əməliyyata dolayı yolla dəstək ifadə edib.
Musavat.com xəbər verir ki, o, konkret ad çəkmədən, lakin açıq mesaj verərək, sülhün yalnız güclə təmin edilə biləcəyini vurğulayıb.
“Sülh güc vasitəsilə – bu doğru sözdür. Rusiya da yalnız güc dili ilə sülhü anlayır,” – deyə Yermak bəyan edib.
Yermakın bu açıqlaması ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr fonunda səslənib və Vaşinqtonun siyasətinə dəstək jesti kimi qiymətləndirilir. Ekspertlər bunu həm də Ukraynanın Rusiyaya qarşı mübarizəsində Qərbin sərt yanaşmasını dəstəklədiyinə işarə kimi şərh edirlər.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ