İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu həftənin ən varlı BÜRCÜ açıqlandı

Məşhur astroloq Dinçer Güner yeni həftə üçün Xərçəng bürcünün nümayəndələrini sevindirəcək proqnozlarını paylaşıb.

Musavat.com-un xəbərinə görə, Güner bildirib:

"Bürcünüzdə baş verən bu yeni ay sizə tam bir yenilənmə və yeni başlanğıc enerjisi gətirir. Yupiterin təsiri ilə həyat enerjiniz, nikbinliyiniz və cəsarətiniz artacaq. Xarici görünüşünüzü dəyişdirmək, şəxsi üslubunuzu yeniləmək istəyə bilərsiniz. Həyatınızda yeni bir səhifə açmağın vaxtı çatıb.

Lakin Saturn və Neptunun birləşməsi ilə Yupiter arasındakı gərgin bucaq (kvadrat) səbəbindən münasibətlər və ortaq fəaliyyətlər sahəsində müəyyən stresslər yaşana bilər. Bu dövrdə şəxsi sərhədlərinizi daha aydın şəkildə müəyyənləşdirməyə ehtiyac duyacaqsınız. Qarışıqlıq və qeyri-müəyyənlik yarana bilər - xüsusilə evlilik və ortaq münasibətlərdə.

Daxili ehtiyaclarınıza önəm verdiyiniz bu mərhələdə ilk növbədə öz rifahınızı düşünməlisiniz.

Sağlamlığınıza diqqət edin - xüsusilə emosional yüklənmələr səbəbindən yaranan həssaslıqlar önə çıxa bilər. Daxili motivasiyanızı yüksək tutaraq həyatınızda yeni bir yol xəritəsi çəkməyiniz mümkündür".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR