İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu mənzərəni Ərdoğan görsə, təbrik edərdi” – Açıqlaması ilə ŞOK ETDİ (FOTO)

Türkiyənin TV8 ekranlarında yayımlanan “MasterChef Türkiye 2025” yarışmasında iştirak edən İzzət açıqlaması ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, İzzət ailədə 16 uşaq olduqlarını deyəndə münsiflər heyrətlərini gizlədə bilməyiblər.

MASTER.jpg (118 KB)

Onlar “Qardaşlarının adlarını saya bilərsənmi?” deyə soruşublar.

İzzətin açıqlaması sosial mediada əks-səda doğurub.

Sosial mediada həmin anlara “Prezident Ərdoğanın üzünü güldürən iştirakçı”, “Ərdoğan o atanı görsə, alnından öpərdi” kimi zarafatlı şərhlər yazılıb. Şərhlərdə xüsusilə “Ən az 3 uşaq” çağırışı ilə tanınan prezident Rəcəb Tayyib Ərdoğana eyham vurularaq “Bu mənzərəni Ərdoğan görsə, təbrik edərdi”, “Hədəfi artıqlaması ilə keçmisiniz” kimi ifadələr diqqət çəkib.

Prezident Ərdoğan son çıxışlarında doğum səviyyəsindəki azalma ilə bağlı narahatlığını ifadə edərək belə demişdi:

“Doğum səviyyəsi və əhalinin artım tempi təəssüf ki, təhlükə siqnalı verir. 2001-ci ildə ümumi doğum əmsalı 2,38 olduğu halda, bu rəqəm bu gün 1,51-ə düşüb. Bundan əlavə, evlilik yaşı əhəmiyyətli dərəcədə artıb, boşanma halları isə eyni səviyyədə çoxalıb. Əgər biz lazım olan tədbirləri dərhal görməsək və lazımi siyasətləri tezliklə həyata keçirməsək, bu problem bərpaolunmaz səviyyəyə çatacaq”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR