Onlayn ictimai-siyasi qəzet
1991-ci ilin noyabrında Qarakənd səmasında dövlət adamlarımız terror ediləndə uzun illər Heydər Əliyevin qayğısı ilə yüksək imtiyazlara sahib olan yazıçılardan biri parlamentin tribunasına çıxaraq, vertolyotla səfərdən danışıb, Ulu öndərə qarşı “Qarabağ heç vaxt indiki qədər bizim olmayıb” söyləmişdi. Doğma kəndinə gedə bilməyən qələm adamının aldığ tapşırığı və şəxsi kinini yaxşı bilən Heydər Əliyev ona xas təmkinlə əleydarlarını əfv etmiş, prezidentliyi dövründə keçmiş dönüklərə mənəvi Amnistiya vermişdi. 32 il sonra, prezident İlham Əliyev çoxəsrlik erməni-azərbaycanlı müharibəsini Zəfərlə başa vurub dünyaya bəyan edəcək:”Qarabağ heç zaman indiki qədər bizim olmayıb”.
Musavat.com-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, 1991-ci ildə müstəqillik bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin üçdə biri Azərbaycanın nəzarətində deyildi:
"Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik gün”ü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik.
Bəli, 2-ci erməni dövləti məhv edildi. 8 noyabr dünya erməniçiliyi üçün matəm günüdür və onlar 90-cı illərin Azərbaycanı kimi 13 sentyabr Qaragöl, 12 dekabr Xankəndi-Laçın yolu, 23 apreli Laçın sərhəd məntəqəsi, 28 mart Fərrux yüksəkliyi və nəhayət, 20 sentyabr Xankəndinin itirlməsini faciə təqviminə çeviriblər. Əlbəttə, bir millət 90-cı ilin Qələbəsini deyil, soyqırımı həyat amalına çevirmişdisə, sonu belə də olmalıydı. 1-ci Qarabağ savaşından sonra Ermənistanın milli qəhrəmanı olanlar 44 günlük müharibədən sonra titullarını itiriblər. İndi 200 il bir əsatirə çəkilən xərcin əvəzini kim ödəyəcək? Yerə salınan bayraq və gerbi haradan asacaqlar?
30 ilin dağ ordusu silahı təhvil verib mülki geyimdə Azərbaycanı tərk edib. Bir nəfər belə hərbi mundiri ilə sərhəd məntəqəsində həbs olunub öz xalqının qəhrəmanına çevrilməyib. Nə 44 gündə, nə də 20 sentyabrda bir qəhrəmanlıq səhnəsi yoxdur ki, onun üzərində Azərbaycanın Horadiz əməliyyatına bənzər uğur hekayəsi qursunlar".
Zahid Oruc bildirib ki, qələbəmiz Almaniyanın birləşməsindən də əzəmətli hadisədir:
"SSRİ-nin dağılması ilə öz bütövlüyünə qovuşan bir millətdən fərqli olaraq, Azərbaycan xalqı torpaqlarını vuruşaraq geri qaytarıb. Ona görə də İlham Əliyev Şuşa və Xankəndini siyasi paytaxta çevirir, dövlət rəhbərlərini azad torpaqlarda qəbul edir və regionun gələcəyini yeni Zirvələrdən verir.
Lakin Yaxın Şərqdə coğrafiyası genişlənən müharibə sübut edir ki, Ermənistanla “sülh müqaviləsi” bağlasaq da sümürgən Qərb imperializmi bizdən əl çəkməyəcək. Niderland, İspaniya, Avstriyanın qərarı sübutdur. Gəlin, unutmayaq: Qarabağ 30 il bizi birləşdirən milli ideal idi, indi onu itirilmiş sayan dünya erməniçiliyi Xankəndini səfərəbərlik simvoluna çevirir. Bizim növbəti vəzifəmiz düşmənin həsrətini yox etməkdir".
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ