İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan sahillərində daha bir qayıq qəzası: azı 15 mühacir həyatını itirib

Yunanıstanın Lesbos adası yaxınlığında mühacirləri daşıyan qayığın qəzaya uğraması nəticəsində ən azı 15 nəfər həlak olub.

AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, Yunanıstanın Sahil Mühafizə Xidmətinin məlumatına görə, qəza zamanı qayıqda 40-a yaxın sərnişin olub. İndiyə qədər 15 nəfərin cəsədi aşkarlanıb, beş nəfər isə xilas edilib. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir

Bu, son sutka ərzində həmin rayonda qeydə alınan ikinci oxşar hadisədir. Bir müddət öncə İon və Egey dənizlərinin qovşağında yerləşən Yunanıstanın Kitira adası yaxınlığında 100-ə yaxın mühaciri daşıyan yelkənli qayıq qayalara çırpılaraq batıb. Hadisə yerinə sahil mühafizəsinin kateri, yaxınlıqdakı yük gəmiləri, həmçinin hərbi dəniz donanmasının helikopteri göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR