İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi tez-tez gül istəyən arvadını BALTALADI

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində kişi mübahisə zamanı 52 yaşlı arvadını vəhşicəsinə qətlə yetirib.

Hadisə sentyabrın 30-a keçən gecə baş verib.

Əvvəllər məhkum olunmuş şəxs yaşadığı mənzildə sərxoş vəziyyətdə olub və qısqanclıq zəminində yaranmış mübahisə zamanı arvadına balta ilə ölümcül zərbələr vurub.

Öz növbəsində hüquq-mühafizə orqanlarındakı mənbə aydınlaşdırıb ki, qadın ərinə tez-tez çiçək, hədiyyə vermədiyi və onu heç yerə aparmadığı barədə şikayətlər edib. Mübahisə də məhz bu səbəblə yaranıb və nəticədə kişi arvadını öldürüb.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR