İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa baş naziri: Ölkə dərin maliyyə böhranı riski ilə üz-üzədir

Fransanın baş naziri Mişel Barnier hesab edir ki, ölkə yüksək maliyyə böhranı riski ilə üz-üzədir.

Musavat.com BFMTV-yə istinadən xəbər verir ki, nazir böhranı dayandırmaq üçün dərhal hərəkətə keçməyin zəruri olduğunu deyib.

Yeni hökumətin başçısı gələn ilin büdcəsində 60 milyard avroya qənaət üçün təklif etdiyi tədbirlərin məqsədinin böhranın qarşısını almaq olduğunu bildirib. Bu məbləğin 40 milyardının büdcə xərclərinin azaldılması, 20 milyardının isə əlavə vergilər hesabına əldə olunması gözlənilir.

Baş nazir daha əvvəl demişdi ki, hökumət büdcə kəsirinin azaldılması planı çərçivəsində iri şirkətlər və imkanlı şəxslər üçün müvəqqəti vergi artımı hazırlayır.

Ölkənin səlahiyyətli orqanları büdcə kəsirini bu il ÜDM-in 6,1 faizindən 5 faizinə endirmək ümidi ilə 2025-ci ildə təxminən 60 milyard avro məbləğində xərclərin azaldılmasını və vergilərin artırılmasını planlaşdırır.

Bu tədbirlər bir və ya iki il müddətinə tətbiq edilir. Artımın yalnız illik gəliri 1 milyard avro və ya daha çox olan şirkətlərə tətbiq olunacağını bildirən Barnier, beləliklə, vergi artımının ölkənin 300-ə yaxın ən böyük şirkətinə təsir edəcəyini qeyd edib. Baş nazir bildirib ki, fiziki şəxslərə gəlincə, vergi artımı yalnız evli cütlüklər arasında illik gəliri 500 min avro və daha çox olan ən varlılara təsir edəcək: “Bu, büdcəyə ildə təxminən 2 milyard avro cəlb etməyə imkan verəcək”.

Hökumət hesab edir ki, ümumilikdə iri şirkətlər və fiziki şəxslər üçün vergilərin artırılması büdcəyə təxminən 20 milyard avro cəlb edəcək. Fransa hakimiyyəti həmçinin gələn il müxtəlif nazirliklər, yerli hakimiyyət orqanları və sosial təminat proqramı büdcəsi üzrə xərcləri azaltmaqla büdcəyə əhəmiyyətli qənaətə nail olmağı planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR