Onlayn ictimai-siyasi qəzet
Qırmızı kitaba daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulmasına görə cərimə 10 dəfədən çox artırılır.
Musavat.com xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ