İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda villa yanaraq külə döndü: Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakının Nizami rayonunda yerləşən villada baş verən yanğın söndürülüb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Məmmədəli Şərifli küçəsi ünvanında fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə Musavat.com-a məlumat daxil olub.

Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, yanğın Nizami rayonu, Q.Qarayev prospektində yerləşən fərdi yaşayış evində baş verib.

"Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb" , - deyə məlumatda bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR