Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hökuməti bu həftə ölkənin sonuncu kömür elektrik stansiyasının bağlanmasından sonra karbon tutma və saxlama obyektlərinin tikintisinə 25 il ərzində 21,7 milyard funt sterlinq (28,4 milyard dollar) xərcləməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bununla bağlı hökumətin saytında yerləşdirilən məlumatda nəticədə minlərlə yeni ixtisaslı iş yeri yaradılacağı, milyardlarla özəl sərmayələrin stimullaşdırılacağı qeyd edilib.
İki obyekt Tissayd (ölkənin şimal-şərqində) və Mersisaydda (şimal-qərb) yerləşəcək. Onlar bu bölgələrdə sənaye mərkəzlərinin böyüməsini asanlaşdıracaq və eyni zamanda ölkənin qalan hissəsini enerji ilə təmin etməklə yanaşı, birbaşa 4 min və dolayı yolla daha 50 minə yaxın iş yeri yaradacaq.
Hesabatda qeyd olunur ki, emissiyaların tutulması layihələri təxminən 8 milyard funt-sterlinq (10,5 milyard dollar) özəl investisiya cəlb edə bilər. Eyni zamanda onlar CO2 emissiyalarını ildə 8,5 milyon tondan çox azaltmağa kömək edəcək ki, bu da təxminən 4 milyon avtomobilin yollardan çıxarılmasına bərabərdir.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ