Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Gürcüstandakı səfirliyi ölkədəki amerikalılara elektron məktublar göndərərək onları parlament seçkiləri günü, oktyabrın 26-da insanların çox olduğu yerlərə getməməyə çağırır.
Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Telekanalın eksklüziv olaraq əldə etdiyi məktubda deyilir ki, seçki günü kortəbii mitinqlər, eləcə də qarşıdurmaların olması mümkündür:
“Keçmişdə Gürcüstanda zorakılıqları ehtiva edən planlaşdırılmamış, kortəbii etirazlar baş verib. Böyük izdiham gözlənilməzdir və tədbir iştirakçıları, əks-nümayişçilər və polis arasında qarşıdurmalar xəbərdarlıq edilmədən baş verə bilər”.
Diplomatik missiya amerikalıları izdihamlı yerlərdə sayıq olmağa, etirazların keçirildiyi yerlərdən qaçmağa, mitinqin episentrində olduqları halda ehtiyatlı olmağa, yerli media xəbərlərini izləməyə və təmkinli davranmağa çağırır.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ