İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbrayılda atəşfəşanlıq:İnsanlar bayramı belə qeyd edir - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi təsis edilib.

Qeyd edək ki, Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.

Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Bu tarixi hadisə ilə bağlı Cəbrayıl şəhərində keçirilən tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olub. 

Həmin anların görüntülərini təqdim edirik.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR