İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yeni Müsavat"ın 205 minlik Feysbuk səhifəsi BLOKLANDI

"Yeni Müsavat" qəzetinin Feysbuk sosial şəbəkəsindəki səhifəsi bloklanıb. Bu barədə qəzetin elektron poçtlarına və adminlərin şəxsi e.mail adresinə bildiriş gəlib. 

Feysbuk komandası yazır: "Təəssüf ki, Səhifəniz “Yeni Müsavat Qəzeti” Facebook Səhifə Qaydalarını pozduğu üçün yayımdan çıxarılıb. Bu o deməkdir ki, siz hələ də Səhifəni görə bilərsiniz, lakin digər insanlar onu görə bilməyəcək və siz Səhifənizdə işləməyinizə kömək etmək üçün yeni insanlar əlavə edə bilməyəcəksiniz. Bunun səhv olduğunu düşünürsünüzsə, lütfən, bilək".

Qeyd edək ki, Səhifəmiz 205 mindən çox abunəçiyə malikdir və bu auditoriya 12 ilə yığılıb.

Bu kimi problemlər 44 günlük müharibədən sonra yarandığı üçün hesab edirik ki, burada bədxah qonşularımızın əli var və onlar dünyanın media arenasında Azərbaycanı təmsil edən əsas xəbər qaynaqlarından biri olan media qurumunun - "Yeni Müsavat"ın fəaliyyətinə əngəl törətməyi düşünüblər. Müharibə dövründə paylaşdığımız yazı, foto, videolara (müharibə görüntüləri) görə ermənilərin şikayəti əsasında bir neçə dəfə Səhifəmizə xəbərdarlıq gəlmişdi. 

Onu da bildiririk ki, "Yeni Müsavat" Media Qrupuna daxil olan rusdilli Minval.az saytının Feysbuk səhifəsinə də ermənilərin şikayəti əsasında bənzər xəbərdarlıqlar gəlib və bu saytın səhifəsi də yayımda qaldırılma riski altına düşüb. Bunun da ermənilərin apardağı informasiya müharibəsinin tərkib hissəsi olduğunu düşünürük. Mütəxəssislərimiz də belə bir rəyə gəliblər. Əlavə olaraq, deyək ki, 44 günlük müharibə zamanı fəallığı ilə seçilən "Mübarizlər" səhifəsi də bloklanıb.

Ona görə də Feysbuk komandasını dediyi kimi edəcək, bunun səhv olduğunu düşündüyümüz üçün komanda ilə yazışmanı davam etdirəcək, ortaq məxrəcə gəlməyə, səhifəmizin auditoriyasını qoruyub saxlamağa çalışacağıq.

"Yeni Müsavat" qəzeti

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR