Onlayn ictimai-siyasi qəzet
Rusiyanın “Roskosmos” şirkəti ABŞ-a yaxınlaşan “Milton” qasırğasının peykdən çəkilmiş şəklini dərc edib. Musavat.com xəbər verir ki, şəkil korporasiyanın rəsmi Telegram kanalında yerləşdirilib.
Xatırladaq ki, “Milton”a görə Florida ştatında fövqəladə vəziyyət elan edilib və sakinlərin məcburi təxliyəsinə başlanılıb. Səlahiyyətlilər tərəfindən tətbiq edilən tədbirlər təxminən 6 milyon insana təsir edəcək.
Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfandın sözlərinə görə, “Milton” tarixin ən dağıdıcı qasırğalarından birinə çevrilə, onun gücü 2005-ci ildə ABŞ-ı vuran “Katrina” qasırğasını üstələyə bilər. Həmin vaxt təbii fəlakət nəticəsində 1836 nəfər həlak olub, iqtisadi ziyan 125 milyard dollara çatıb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ