İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi" rəhbərliyindən ŞOK QƏRAR! Məşhur məşqçi Bakıya dəvət olundu

Roman Qriqorçukla yolları ayıran "Neftçi" rəhbərliyi tezliklə yeni baş məşqçinin kimliyini açıqlayacaq.

Musavat.com sportinfo.az-a istinadla bildirir ki, "Ağ-qaralar" paralel olaraq iki namizədlə danışıqlar aparır.

"Sumqayıt"ın çalışdırıcısı Samir Abasovla yanaşı, Abdullah Avcı da paytaxt təmsilçisinin gündəmində yer alıb.

Avqustun 31-də "Trabzonspor"dan ayrılan mütəxəsislə danışıqlara başlayıb. O, təcili olaraq Bakıya dəvət olunub.

Avcı 2020-ci ilin noyabrından 2023-cü ilin mart ayınadək "Trabzonspor"a baş məşqçilik edib. Daha sonra 2023-cü ilin oktyabrında komandaya gətirilmişdi.

"Qara dənizlilər" onun rəhbərliyi altında 1 dəfə ölkə çempionu olub, 2 dəfə Türkiyə Superkubokunu qazanıb.

Qara dəniz təmsilçisinə 38 ildən sonra Super Liqanın qızıl medallarını bəxş edən Avçu cari mövsüm çəmi 1 oyuna çıxıb və rəhbərliklə arasında yaranan fikir ayrılığına görə vəzifəsini tərk eləyib.

Avcı daha əvvəl Türkiyə millisi və "Beşiktaş"ın baş məşqçisi olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR