Onlayn ictimai-siyasi qəzet
Oğlu rusiyalı aktrisa Aqata Musenizedən imtina edib.
Musavat.com azxeber.com-a istinadən xəbər verir ki, bu haqda o özü açıqlama verib.
Sənətçi etiraf edibi ki, oğlu 11 yaşlı Timofey avqust ayından evi tərk edib və onunla ünsiyyətini kəsib:
"O, avqust ayından bəri evdə deyil, atası ilə qalır. Qızım Mia qardaşı üçün çox darıxır. Tim bizimlə ünsiyyət qumur. Düzünü desəm, bu barədə nə edəcəyimi anlamıram. Tək qalmaq istədiyini deyir. Təbii ki, onun kiçik ürəyinin bu qərarları təkbaşına verdiyini düşünmürəm. Mən Timofeyin nə qədər çevik psixikaya malik olduğunu bilirəm və bu sınaqda məğlub olsam belə, bundan heç vaxt istifadə etməyəcəyəm. İndi mənim analıq hisslərimin necə tapdalanmasını və Timofey ilə Mia arasındakı əlaqənin kəsilməsini uzaqdan izləyirəm. Zaman hər şeyi göstərəcək".
Xatırladaq ki, Pavel Priluçiy və keçmiş həyat yoldaşı Aqata Musenize 2020-ci ildə boşanıblar. Onların bu nikahdan iki övladı var.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ