İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN rəhbəri Ankara görüşünə qatılacaq

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyədə regional “3+3” platformasının iclasında iştirak edəcək.

Musavat.com bildirir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollahzadəyə istinadən məlumat yayıb.

O, Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdırdığı sülhə nail olmaq məqsədi daşıyan “3+3” platformasının üçüncü iclasının Türkiyədə keçirilməsinin planlaşdırıldığını, İranın xarici işlər naziri Əraqçinin də bu görüşdə iştirak edəcəyini deyib.

“3+3” platforması Cənubi Qafqaz regionunun 6 ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. Platformanın ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR