İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbçini intihara vadar etdi, həbs olundu

Bir neçə gün öncə güllə yarasından ölmüş hərbçi Vahe Arutyunyanın hərbçi yoldaşı həbs edilib.

Musavat.com bu haqda erməni mediasına istinadən bildirir.

Ermənistan İstintaq Komitəsi bildirir ki, ona “intihara təhriketmə” ittihamı irəli sürülüb.

Növbətçi növbə rəisinin “tabeliyində olan Arutyunyana qarşı qəddar rəftar” göstərdiyi, şərəf və ləyaqətini təhqir edən ifadələrə yol verdiyi, onu döydüyü bildirilir. Özünü ümidsiz vəziyyətdə tapan Arutyunyan atəş mövqeyindən bir qədər uzaqlaşaraq avtomatla başına atəş açıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR