İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni film gəlir- "Bir neçə saata çəkilib"

Rejissor Səidə Haqverdiyevanın yeni "Qırxdan sonra... " filmi ərsəyə gəlib.

Musavat.com bildirir ki, bu barədə rejissor-ssenarist Səidə Haqverdiyevanın özü məlumat verib. O, qeyd edib ki, film cəmi bir neçə saata çəkilib:

"Hər şey bir anda baş verdi. Cəmi bir gün içində. Sevda Sultanovanın ağlına gələn ideya ssenariyə dönüşdü və bir neçə saata film çəkildi. Tezliklə “Qırxdan sonra…” filmi olacaq".

Səidə Haqverdiyeva qeyd edib ki, bu dəfə də mövzu qadınlar, qəhrəman isə aktrisadır:

"Filmin ssenari müəllifləri Sevda Sultanova və özüməm. Filmin redaktoru Həmidə Rüstəmova, görüntü rejissoru Şahmar Səfəroğludur. Artıq montaj prosesində olan qısametrajlı filmimizdə istedadlı aktrisalar - Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva rol alıb. Onlarla işləmək çox maraqlıdır. İnanıram və ümid edirəm ki, film tamaşaçıların xoşuna gələcək".

Xatırladaq ki, Səidə Haqverdiyeva bundan əvvəl "Ər quyusu", "Köhnə çamadanlar" filminin rejissoru olub.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR