Onlayn ictimai-siyasi qəzet
ABŞ-də fəaliyyət göstərən OpenAI şirkətinin baş direktoru Sem Altmanın bacısı Ann Altman qardaşı tərəfindən cinsi istismara məruz qaldığı iddiası ilə Missuri rayon məhkəməsində iddia qaldırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bunun 1997-ci ildən başladığı bildirib. O zaman Annın 3, Semin 12 yaşı olub. Qadının iddiasına görə, zorakılıq halları 2006-cı ilə qədər davam edib və sui-istifadə həftədə bir neçə dəfə baş verib.
Ann daha əvvəl X platforması da daxil olmaqla sosial mediada öz iddialarını paylaşıb, lakin ilk dəfədir ki, o, rəsmi olaraq məhkəməyə üz tutub. O, işə münsiflər heyəti tərəfindən baxılmasını istəyir və 75.000 dollardan çox təzminat tələb edir.
Sem Altman anası və qardaşları ilə birlikdə bu iddiaları qəti şəkildə rədd edərək, onların "tamamilə yalan" olduğu barədə bəyanat yayıb.
Mətndə bu vəziyyətin "bütün ailə üçün böyük ağrıya səbəb olduğu" da bildirilir. OpenAI rəhbərinin bəyanatı X platformasındakı hesabında dərc olunub.
Qeyd edək ki, son illər bu cür iddialar ABŞ-də trend olub: üstündən uzun illər, hətta 40 ilə yaxın vaxt keçdikdən sonra “zorlamaya məruz qalma” barədə məhkəmələrə
iddialar təqdim edilir və bu, ildən-ilə yayğınlaşır.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ