İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Tevanyan: “Ermənistanın nicatı Rusiyadır”

“Nikol Paşinyan Qarabağı təslim etdi və bunun müqabilində Ermənistanı “sülhün qovşağında” saxlayacağını vəd etdi. Lakin aydındır ki, Paşinyanın “sülh”ü ABŞ prezidenti Bayden administrasiyasının əmri, Fransa prezidenti Makronun dəstəyi və Aİ rəsmisi Şarl Mişelin vasitəçiliyi ilə Qarabağın təslim olmasını ifadə edir. Qərbi nə Qarabağ, nə də orada yaşayan ermənilərin taleyi maraqlandırıb”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın revanşist “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanın yazısında əks olunub.

“Bayden başda olmaqla Qərbin yüksək vəzifəli şəxsləri səhnəni tərk edirlər. Nikol yetim qaldı və indi o, Ermənistanı edam kürsüsünə gətirib çıxarıb.

Bu vəziyyətdən yeganə çıxış yolu Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır (kənarlaşdırmanın bir neçə variantı var). Hakimiyyət dəyişikliyinin ardınca təbii müttəfiqlərimiz Rusiya və İranda etimad yaradacaq xarici siyasət dəyişikliyi aparılmalıdır. Deməli, yeni müharibədən və dövlətin itirilməsindən qaçmağın yeganə yolu hakimiyyət dəyişikliyidir. Yalnız Rusiyanın vasitəçiliyi və zəmanəti ilə fəlakətin qarşısını almaq olar”, - deyə erməni revanşist qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR