İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Baş Prokurorluğu Darbinyandan pul tələb edir

Ermənistanın Korrupsiyaya qarşı mübarizə məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib.

Musavat.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun Qanunsuz mənşəli əmlakın müsadirəsi departamenti Vanadzor icmasının keçmiş rəhbəri Samvel Darbinyan və onunla əlaqəli şəxslərdən kompensasiya tələbi ilə məhkəməyə müraciət edib.

Bura İrəvanda 3 əmlak, Vanadzorda 4 əmlak, 1 avtomobil, hüquqi şəxslərdə 3 iştirak payı, 165 milyon 664 min dram (411 min dollar) məbləğində qeyri-qanuni gəlir də daxildir.

Samvel Darbinyan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyana yaxın adam hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR