Onlayn ictimai-siyasi qəzet
Bakıda qəbiristanlıqda tapdığı “Kalaşnikov”u Şamaxıya apararaq orada satmaq istəyən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, daha əvvəl Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşamış 54 yaşlı İlham Əlixanov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Əlixanov ifadəsində bildirib ki, Yasamalda qəbiristanlıq ərazidə gəzərkən çanta tapıb. Çantaya baxarkən “Kalaşnikov” avtomatının olduğunu görüb. O, avtomatı sataraq pul qazanmaq istədiyini deyib. Amma fikirləşib ki, Bakıda satsa, həbs edilə bilər. Buna görə də paytaxta yaxın rayonlardan birinə - Şamaxıya üz tutub.
Onun sözlərinə görə, Şamaxıda maşından düşən kimi polis əməkdaşları onu saxlayıblar. Üzərinə baxış keçirilən zaman silah aşkar edilib.
İ.Muradov
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ