İnsanlara hürriyət, millətlərə istiqlal!

"KFC" və "Pizza Hut"lar bağlanır

Pizza Hut və KFC-nin Türkiyə üzrə franşiza müqaviləsi ləğv edilib.

"Yum! Brands" şirkəti Türkiyədəki KFC və Pizza Hut restoranlarını idarə edən İş Gıda A.Ş. ilə olan franşiza müqaviləsini şirkətin standartlara uyğun gəlməməsi səbəbindən ləğv edib. Şirkət 283 KFC və 254 Pizza Hut restoranının fəaliyyətinin ən azından müvəqqəti dayandırılacağını bildirib.

Yum! Brands-in Mali İşlər Direktoru Chris Turner açıqlamasında İş Gıda ilə problemləri həll etmək üçün bir neçə ay səylə çalışdıqlarını, lakin standartlara riayət edilmədiyi üçün müqavilənin ləğv edildiyini vurğulayıb. Şirkət türk istehlakçılarının loyallığına əhəmiyyət verdiyini və gələcəkdə restoranların yenidən açılması üçün çalışacaqlarını qeyd edib.\\Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR