Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev Ermənistanın işğal dövründə mədəni və dini abidələrimizi təhqirə məruz qoyduğunu İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın diqqətinə çatdırıb.
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Əli Əkbər Əhmədianı qəbul edərkən ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ